YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“Gənc liderlər üçün yay məktəbləri”nin II Lerik turunun iştirakçıları yola salınıb

İyulun 14-də Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin II Lerik turunun iştirakçıları yola salınıb.

Çıxış edən YAP İcra katibliyinin işlər idarəsinin müdiri Mahir Abbasəliyev ikinci turda layihə  çərçivəsində təşkil ediləcək müxtəlif seminarlar, təlimlər, diskussiyalar, interaktiv, intellektual və əyləncəli oyunlar haqqında məlumat verib.

Qeyd edib ki, “yay məktəbi”ndə gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Nəzərdə tutulmuş proqrama uyğun olaraq layihə çərçivəsində partiyanın fəaliyyəti, gördüyü işlər barədə geniş məlumatlar veriləcək, eləcə də gəncləri maraqlandıran müxtəlif tədbirlər təşkil olunacaq.

Sonra gənclər Lerik rayonuna yola düşüblər.