YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir

“Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən, qadın hüquqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirən dövlətlərdən biridir. Azərbaycan Respublikasının qanunvericiliyi gender məsələlərinin uğurlu həllinə töfhə verir”. Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

S.Qafarovanın sözlərinə görə, ölkəmizdə yaradılan əlverişli şəraitin nəticəsidir ki, bu gün müstəqil Azərbaycanın qadınları icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar. Məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması, qadınların sosial və iqtisadi həyatda fəal iştirakının təbliği sahələrində müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti, bir sıra beynəlxalq təşkilatlarla, eləcə də BMT-nin bir çox qurumları ilə birgə layihələr həyata keçirilib. Bu layihələr beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və ölkəmizin gender sahəsində təcrübəsi müsbət bir təcrübə kimi təqdir olunur.

“Qeyd etməliyəm ki, gender məsələlərinin həlli, cinsi ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizənin gücləndirilməsi BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərindın biridir. Qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə geniş hüquqların verilməsi, onların bütün sahələrdə bərabər təmsilçiliklərinin təmini, fəaliyyət sferalarının təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sahələrdə, hətta siyasi və dövlət idarəetməsində qadınların potensialından səmərəli faydalanması kimi hədəflər milli dövlətlərin inkişaf strategiyasında mühüm prioritetlər kimi çıxış edir”-deyə, S.Qafarova qeyd edib.

DİGƏR Xəbərlər Arxiv