YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il ümumi inşaat işlərinin 82,4 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər

Yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 61,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 11,4 faizini əsaslı təmir, 8,7 faizini cari təmir, 18,6 faizini digər tikinti işləri təşkil edib.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, ümumi inşaat işlərinin 82,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 452,9 milyon manatı (82,7 faizi) Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malayziya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.