YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Misirin Planlaşdırma, Monitorinq və Administrativ İslahatlar naziri xanım Hala Əlsaid ilə görüşüb

Baş Nazirin müavini Əli Əhmədov Misirin Planlaşdırma, Monitorinq və Administrativ İslahatlar naziri xanım Hala Əlsaid ilə görüşü zamanı Azərbaycanın Misirlə daim dostluq münasibətlərinin olduğunu və bir sıra istiqamətlərdə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. O, bu əməkdaşlığın gələcəkdə DİM-lər, əhali artımı və demoqrafik planlaşdırma üzrə daha da genişləndirilməsinin mümkünlüyünü vurğulayıb.

Xanım Hala Əlsaid Azərbaycanı DİM-lərin həyata keçirilməsi üzrə müsbət təcrübə qazanması və artıq 2 milli hesabat təqdim etməsi münasibətilə təbrik edib. O, bu istiqamətdə Misir Ərəb Respublikası ilə əməkdaşlığın genişləndirilməsini təklif edib. Nazir, eyni zamanda, Azərbaycanda əhaliyə göstərilən dövlət və sosial xidmətlərin səmərəli tətbiqi üçün yaradılan “ASAN” və “DOST” mərkəzlərinin fəaliyyəti ilə tanış olmaq və bu təcrübənin Misirdə tətbiq edilməsi üçün əməkdaşlığın qurulması məqsədilə ölkəmizə səfər etmək niyyətinin olduğunu bildirib. Səfər Baş Nazirin müavini tərəfindən müsbət qarşılanıb və xanım nazir Bakıya dəvət edilib.