YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb

Gürcüstan bu ilin birinci yarısında Azərbaycandan təbii qaz idxalını ötən illə müqayisədə 7 faizdən çox artırıb. Cari ilin yanvar-iyun aylarında qonşu ölkənin Azərbaycandan idxal etdiyi təbii qazın həcmi 985 min 624 kubmetr təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hazırladığı ilkin hesabatda məlumat verilir. Qeyd edilib ki, Azərbaycandan Gürcüstana ixrac olunan qazın həcmi keçən illə müqayisədə 70 min 613,1 kubmetr və 7,7 faiz çoxdur. Ümumilikdə hesabat dövründə Gürcüstan Azərbaycandan 165 milyon 26,7 min dollar ABŞ dolları həcmində təbii qaz alıb.