YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Song Taonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ilə tanış olmuşdur

Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Song Taonun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 24-də Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanını ziyarət etmişdir.

Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının iş fəaliyyəti, beynəlxalq yükdaşımalar və gələcək planlar haqqında qonaqlara məlumat verən Azərbaycan Republikasının İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizin Çin Xalq Respublikası ilə qarşılıqlı əlaqələrinin böyük perspektivə malik olduğunu bildirmişdir.

Şahin Mustafayevin sözlərin görə, keçən il Azərbaycanla Çinin ticarət dövriyyəsi 1 milyard 300 min dollar təşkil etmişdir.

Şahin Mustafayev bildirib ki, Azərbaycan ilə Çin arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr yüksək səviyyədədir. Bu əməkdaşlıq əlaqələrinin nəticəsində iki ölkənin ticarət dövriyyəsi də artmaqdadır. Çin şirkətləri üçün Azərbaycanda əlverişli biznes mühiti mövcuddur.

Qonaqlar daha sonra Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisi ilə ətraflı tanış olublar.