YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və Azərbaycan əməkdaşlıq strategiyası layihəsi üzrə danışıqlara başlayıb.

Bunu Trend-ə özəl müsahibəsində bankın prezidenti Dmitri Pankin deyib.

O bildirib ki, Azərbaycanda dördillik strategiya barədə danışıqlar aparılır: “Bizim Azərbaycan hökuməti ilə danışıqlarımız avqust və sentyabr aylarında davam edəcək. Strategiyanın layihəsinin bu ilin sentyabrında QDTİB-in Direktorlar Şurasına təqdim olunması planlaşdırılır. Bundan sonra layihəyə bankın İdarəetmə Şurası tərəfindən razılıq veriləcək. Strategiyanın bu ilin noyabr və ya dekabrında rəsmi təsdiq olunacağı gözlənilir”.

Əməkdaşlıq strategiyasının detallarından danışan bank prezidenti bildirib ki, bu, hələlik ümumi layihədir:

“Bu günədək biz çox sahələri əhatə etməyə çalışmışıq. Biz maliyyə sektorunda, istehsalatda, eləcə də kənd təsərrüfatı sahəsində işləyirik. Həmçinin, infrastruktur layihələrini də nəzərdən keçiririk. Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində, kənd təsərrüfatı, süd emalında və avadanlıq istehsalının maliyyələşdirilməsi üzrə işləməyi planlaşdırırıq”.

 

DİGƏR Xəbərlər Arxiv