YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir

“Bu ilin ötən dövründə  aktiv şəkildə icra edilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir”. Bu fikri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

C.Paşazadə bildirib ki, cari ilin əvvəlindən dövlət başçısı İlham Əliyev ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Onun sözlərinə görə, 4 milyondan çox insan respublikamızda böyük sosial paket çərçivəsində həyata keçirilən və öz mahiyyətinə görə inqilabi səciyyə daşıyan tədbirlərdən bəhrələnəcək. 

“Cari ilin birinci yarısında aktiv şəkildə icra edilən böyük sosial paket çərçivəsində qarşıya qoyulan əsas hədəflərdən biri vətəndaşların, ələlxüsus da əhalinin həssas qruplarının, aztəminatlı insanların gəlirlərinin artmasına nail olmaqdır. Bu baxımdan respublikamızda 2019-cu ildə əmək pensiyalarının məbləğinin 2 dəfə artırılması və 116 manatdan 200 manata çatdırılması çox böyük sosial məna daşıyır. Ölkəmizin məqsədyönlü siyasətini cəmiyyətdən, xalqdan aldığı sifarişlər əsasında formalaşdıran Prezident İlham Əliyev qarşıya respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb. Yeni sosial paket ölkə Prezidentinin “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq edir”-deyə, C.Paşazadə vurğulayıb.