YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır

"Yeni yataqlarımızın uğurla işlənilməsi ölkəmizdə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır". Bu fikri  SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

X.Yusifzadə bildirib ki, dünyanın ən qədim neft sənayesinin beşiyi başında durmuş Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşıb. Lakin digər tərəfdən dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz bizim ölkəmizdə olması qarşımızda çağırışlar yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas hədəfimiz bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır. Digər tərəfdən yeni yataqlarımızın uğurla işlənilməsi ölkəmizdə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır.

“ 2019-cu ilin sonuna qədər ölkə üzrə ümumi qaz hasilatında 20% artım gözlənilir: "Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə inkişaf edəcəkdir. Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni imkanlar açır”-deyə, akademik vurğulayıb.