YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq

“Sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan kampaniyalar bütövlükdə Azərbaycana qarşı aparılan texnoloji müharibədir. Bu müharibəni maliyyələşdirən, saxta və ya qəsdən dəyişdirilmiş informasiyalar ilə təmin edənlər Azərbaycanın müstəqilliyini, regionda mövcudluğunu, güclü və firavan olmasını istəməyən qüvvələrdir”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili  bildirib ki, ümumiyyətlə, bu qüvvələrin əsas məqsədi nəinki dövləti, bütövlükdə hakimiyyəti, sağlam müxalifəti, ziyalıları, parlament üzvlərini gözdən salmaq və beləliklə də ölkədə sağlam inkişaf mühitinin güclənməsini imkan verməməkdir. Onun sözlərinə görə, bu prosses ən müxtəlif və müasir texnologiyalar ilə aparılır, xeyli maliyyə vəsaiti xərclənir, digər ölkələrlə sınaqdan çıxmış dağıdıcı texnoloji və psixoloji alətlərdən istifadə olunur.

 “Bu texnoloji müharibədə döyüşmək, mübarizə apararaq bu qüvvələrin istəyinə nail olmalarına imkan verməmək hər bir Azərbaycan vətəndaşının borcudur. Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq”-deyə, deputat qeyd edib.