YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq

“Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində saxlanılır”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, Prezident İlham Əliyevin verdiyi tapşırıq və göstərişlər, qəbul etdiyi mühüm qərarlar sayəsində ölkəmizdə aqrar sahənin sürətli inkişafı üçün qısa müddətdə çox böyük işlər görülüb.

“Bu ilin birinci yarısında da nəticələr uğurlu olub. İyulun 31-də Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısı cari ilin əvvəlində qarşıya qoyulan vəzifələrin uğurla icra olunduğunu, ölkəmizin inamla inkişaf etdiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu vurğulayıb. Dövlət başçısının qeyd etdiyi kimi kənd təsərrüfatında rekord göstərici əldə edilib. Belə ki, kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artıb. Bu artım bitkiçiliyin artması hesabına baş verib. Çünki təkcə bitkiçilik bu dövrdə 25 faiz artıb. Hesab edirəm ki, həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq”-deyə, deputat qeyd edib.