YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: İqtisadiyyatımız inkişaf etdikcə əhalinin sosial müdafiəsi daha da gücləndirilir

“Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan xalqı və onun sosial rifah halı dayanır. Azərbaycan dövləti sosialyönümlü bir dövlətdir. Cənab Prezidentin də siyasəti həmişə ondan ibarətdir ki, bizim iqtisadiyyatımız inkişaf etdikcə əhalimizin də sosial müdafiəsi gücləndirilsin”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, iqtisadiyyatdan əldə olunan gəlirlər əhalinin sosial müdafiəsinə, sosial rifah halının güclənməsinə yönəldilir. Bu hər zaman belə olub və həmişə Azərbaycanın siyasətində sosial siyasət prioritet istiqamət təşkil edib. Onun sözlərinə görə, 2019-cu il isə Azərbaycan dövlətçiliyi tarixində sosial rifah, sosial müdafiə sahəsində xüsusi əhəmiyyətli bir il kimi düşüb və belədə qalacaq.

“Məhz bu il ərzində ölkə başçısı tərəfindən böyük sosial paket imzalanıb. Təxminən 30-a yaxın fərman və sərəncamlar oldu ki, bunlar da əhalimizin sosial rifah halının tam yüksəltməsinə səbəb oldu. Bu fərman və sərəncamların nəticəsində 4 milyon 200 min nəfər Azərbaycan vətəndaşının həyat şəraiti yaxşılaşdı. Pensiyalar, əməkhaqları, təqaüdlər artdı, banklarda olanların problemli kreditləri öz həllini tapdı və s. Bu fərman və sərəncamların içərisində xüsusi yer tutan bir fərman isə minimum əməkhaqqının artırılması ilə bağlı oldu. Bu ilin əvvəlində minimum əməkhaqqı ölkə üzrə 130 manat təşkil edirdi. Cənab Prezidentin sosial islahatlar sahəsindəki birinci paketindəki fərman və sərəncamlar sahəsində minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı. Yəni, bu rəqəm 50 manat məbləğində artdı. Sonrakı paketdə isə bu rəqəm daha da artırılaraq 250 manata çatdırıldı. Demək olar ki, bir il ərzində minimum əməkhaqqı Azərbaycanda iki dəfə artırıldı ki, bu da dövlətçilik tariximizdə bir ilkdir. Artıq sentyabrın 1-dən bu fərman qüvvəyə minib. İnsanlarımız verilən bu qərardan razıdırlar. Biz seçicilərimizlə görüşdə də onlar cənab Prezidentə minnətdarlıqlarını bildirirlər”-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv