YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Atılan addımlar dövlətin uğurlu sosial siyasətinin göstəricisidir

“Sentyabrın 1-dən etibarən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əməkhaqqı artımları ilə bağlı sərəncamları qüvvəyə minir. Bu sərəncamlar dövlətin uğurlu sosial siyasətinin göstəricisidir”. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı  bildirib ki, sərəncamlardan sonra maaşlarda nəzərəçarpacaq artım hiss olunacaq. Sərəncamlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial siyasət Azərbaycan xalqının bu gün dünənkindən, sabah bugünkündən daha yaxşı yaşamasına yönəlib.
“Bu islahatlar ölkədəki sabitliyin, iqtisadi inkişafın nəticəsidir. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, maliyyə imkanları artmaz və sosial islahatlar da həyata keçirilməzdi. Ona görə də hər bir vətəndaş Azərbaycanda sabitliyin qorunmasında maraqlı olmalıdır. Sabitliyin təminatçısı olan xalqımız görür ki, yürüdülən siyasət bilavasitə onun mənafeyinə uyğundur”-deyə, M.Qasımlı vurğulayıb.