YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva "Vahid Rusiya" Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Valeriya Qoroxova ilə görüşüb

YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva "Vahid Rusiya" Partiyasının Mərkəzi İcra Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Valeriya Qoroxova ilə görüşüb.

S. Fətəliyeva Yeni Azərbaycan Partiyası ilə "Vahid Rusiya" Partiyası arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, hər iki partiya arasındakı sıx münasibətlər ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir.
Öz növbəsində V.Qoroxova da partiyasının YAP ilə əlaqələrə önəm verdiyini deyərək, mövcud əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinin olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

DİGƏR Partiya xəbərləri Arxiv