YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Bakıda ICAPP-ın növbəti toplantısının keçirilməsi Azərbaycanın nüfuzundan xəbər verir

“Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 5-ci, Qadınlar Qolunun 6-cı iclasının  keçirilməsi Azərbaycan dövlətinin dünya ölkələri arasındakı nüfuzundan xəbər verir”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildiirb ki, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti və gender bərabərliyi bu gün də möhtərəm Prezidentimiz tərəfindən uğurla həyata keçirilərək daima diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, gənclər üçün bu cür beynəlxalq tədbirlərin keçirilməsi gənclərin gələcək inkişafı və dünya görüşü üçün mühüm əhəmiyyət kəsb edir.

“Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünyanı Azərbaycana gətirməsi deməkdir. Ölkəmizə gələn qonaqlar ölkənin inkişafını, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşmasını, öz gözləri ilə görürlər. Ölkəmizdə hökm sürən sabitlik və stabillik xarici investorların cəlb olunmasına stimul yaradır, turizmin inkişafını sürətləndirir, dünya standartlarına uyğun istehsal olunmuş məhsulların Azərbaycan brendi adı ilə ixrac olunmasını sürətləndirir. Yeni Azərbaycan Partiyası gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq bir sıra beynəlxalq layihələrə ev sahibliyi etməklə gənclərimizə böyük dəstək olur. YAP beynəlxalq əməkdaşlığa hər zaman üstünlük verərək ölkəmizi dünya miqyasında  daha da yaxşı tanınması və nüfuzunun artmasına xidmət edir”-deyə, deputat qeyd edib.