YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Yeni nəsillərin milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində olmalıdır

“Milli-mənəvi dəyərlərimizi qorumaq və gənc nəsillərə ötürmək üçün bütün gücümüzü səfərbər etməliyik. Bu, bizim vəzifəmizdir”. Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov  deyib.

N.Cəfərov bildirib ki, dilimiz, dinimiz, milli kimliyimiz, milli əxlaqımız, ailə dəyərlərimiz, himnimiz, gerbimiz, bayrağımız bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Bu gün dünyada dindən sui-istifadə hallarının çox geniş xarakter aldığını qeyd edən akademik müxtəlif ölkələrdə din adı altında ekstremist, radikal qrupların yarandığını deyib. Onun sözlərinə görə, həmin qruplar bir-birini qəbul etməmə istiqamətində təbliğat aparırlar ki, bu da böyük faciələrə, toqquşmalara gətirib çıxarır.

Dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması və dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasının vacibliyini vurğulayan N.Cəfərov insanları birliyə, vəhdətə çağıran dinlərin mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal, ekstremist, xurafat, antimilli formaya çevrilməsinin yolverilməz olduğunu deyib.

“Biz özümüzü bu cür təhdidlərdən, belə problemlərdən qorumaq üçün üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik. Yeni nəsillərin milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində olmalıdır. Prezident İlham Əliyevin siyasəti də məhz bu istiqamətə yönəlib ki, biz öz gücümüzü, qüdrətimizi qorumalıyıq”-deyə, akademik qeyd edib.