YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Bərdə rayon təşkilatında Nəsiminin 650 illik yubileyi münasibətilə şer müsabiqəsinin yekun seçim turu keçirilmişdir

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə YAP Bərdə rayon təşkilatı tərəfindən şer müsabiqəsinin yekun seçim turu keçirilmişdir.

Müsabiqəni giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya 2019-cu ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Nəsimi ili” elan edilməsindən, müsabiqənin şərtlərindən danışmışdır. Müsabiqədə “Gəl axır” qəzəli ilə Mirzəxan kənd tam orta məktəbin IX sinif şagirdi Alıyeva Leyla Elnur qızı I yer, “İstəmə” qəzəli ilə Türkmən kənd tam orta məktəbin XI sinif şagirdi Əliyeva Fəridə Mobil qızı II yer, “Etməgil” qəzəli ilə şəhər 8 saylı tam orta məktəbin XI sinif şagirdi Hümbətova Ramizə Elnur qızı III yer tutmuşdur. Qaliblər şer müsabiqəsinin respublika seçim turunda iştirak vəsiqəsi qazanmışlar.