YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmira Süleymanova: Qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına dönməsi başlıca məsələdir

«Biz fəaliyyətimizdə qaçqın və məcburi köçkünlərin problemlərinə daim diqqət yetiririk». Bu fikri İnsan hüquqları üzrə Müvəkkil Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, ombudsman institutu qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi sahəsində lazımi işlər aparır. Onun sözlərinə görə, bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması ilə əlaqədar təkliflər hazırlanaraq müvafiq orqanlara göndərilib.

«Qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına dönməsi, repatriasiya problemi, onların hüquqi müdafiəsi başlıca məsələdir. Məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə məktəbəqədər yaşlı uşaqlar üçün tərbiyə kompleksləri və reabilitasiya mərkəzləri yaradılmalı, məktəblər tədris vəsaitləri ilə təchiz olunmalı, yerlərdə bu problemin həlli istiqamətində mühüm tədbirlər görülməlidir. Yeni qəsəbələrdə maarifləndirmə məqsədilə birgə treninqlərin keçirilməsi, qaçqınlar və məcburi köçkünlərə texniki vərdişlərin, kompüter bilgilərinin aşılanması, hüquqi nəşrlərin hazırlanması da vacibdir»- deyə, Ombudsman vurğulayıb.