YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: Növbəti il dövlət büdcəsindən müdafiə xərclərinə 3 milyard 783 milyon manat vəsait ayrılacaq

Maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib ki, növbəti il büdcədən müdafiə xərclərinə 3 milyard 783 milyon manat vəsait ayrılacaq. Bu, 2014-cü illə müqayisədə 809 milyon manat çoxdur.
Nazir bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini, cəbhə xəttində təxribatlarını davam etdirdiyi bir vaxtda Azərbaycan Silahlı Qüvvələrinin təminatının daha da yaxşılaşdırılması ilə bağlı əlavə əsaslandırmalara ehtiyac yoxdur.