YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Orxan Məmmədov: Hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir

“Bu yaxınlarda KOB-lara dəstək məqsədilə daha bir mexanizm işə salınıb. Həmin dəstək mexanizmindən mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlanacaq”. Bu fikirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 2019-cu il 29 may tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarının aparılması Qaydası” təsdiq olunub: “Təhlillər onu göstərir ki, rəqabətqabiliyyətli məhsul istehsalını təşkil etmək üçün keyfiyyətli şəkildə bazar araşdırılmasının aparılması vacibdir və bu, KOB-lar üçün ciddi xərclərə tələb yaratdığı üçün bəzən maraqlı layihələrin reallaşdırılması mümkün olmur. Lakin bu mexanizmin tətbiqi sayəsində mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50 faizi dövlət tərəfindən qarşılanacaq. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmindən ödənişsiz olaraq təlimlər, seminarlar keçirilməklə və müəyyən edilən sahələrdə mütəmadi informasiya dəstəyi göstərilməklə faydalanacaq. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manatadək olacaq. Hesab edirik ki, daxili bazar araşdırmalarına dəstək mexanizmi KOB-ların investisiya fəaliyyətini stimullaşdıracaq və onların biznes ideyalarının reallaşdırılmasına mühüm töhfə verəcək”.

KOBİA-nın idarə heyətinin sədri bildirib ki, hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir. Belə ki, fəaliyyət profillərinə uyğun olaraq, KOB-ların layihələri üzrə “İnvestisiya təşviqi sənədi”nin verdiyi vergi güzəştləri və imtiyazlar haqqında aktiv maarifləndirmə tədbirləri həyata keçirilir. Bundan başqa, bu layihələrə xarici investisiyaların cəlb edilməsi məqsədilə müxtəlif tərəfdaş partnyorlarla danışıqlar aparılır. Artıq uğurlu nəticələr də var və bir neçə yerli şirkətlərimiz bu imkanlardan bəhrələnib.