YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzə Əliyev: Kənd təsərrüfatı Azərbaycanda qeyri-neft sektorunun ən vacib istiqamətlərindən biridir

“Aqrar sektorda müasir texnologiyanın tətbiqi nəinki yüksək məhsuldarlığa nail olunmasında, habelə əl əməyinin yüngülləşməsində zəruridir. Kənd təsərrüfatı Azərbaycanda qeyri-neft sektorunun ən vacib istiqamətlərindən biridir”. Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

M.Əliyev bildirib ki, iqtisadiyyatın digər sahələrində olduğu kimi, innovativ texnologiyalardan istifadə aqrar sektorda məhsuldarlığın artmasına, insanların əl əməyinin yüngülləşməsinə və eyni zamanda, yüksək məhsuldarlıq əldə olunması baxımından da çox vacibdir. Bu, günün tələbidir, fəaliyyətimizin qaçılmaz istiqamətlərindən biridir.

“Məhsul yığımı əsasən payız aylarına təsadüf edir. Burada hava şəraiti və digər amillər məhsulun tez və vaxtında yığılmasını zərurətə çevirir. Əks təqdirdə ciddi itkilər ola bilər. Ona görə də bu gün dünyanın ən inkişaf etmiş ölkələrinin - Almaniyanın, İtaliyanın, Fransanın ən qabaqcıl texnologiyalarının tətbiqi, bu texnologiyalar barədə fermerlərimizin məlumatlandırılması və onlara hərtərəfli dəstək göstərilməsi istiqamətində ardıcıl tədbirlər görülür” - deyə, M.Əliyev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv