YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Andris Berzinşə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti  Andris Berzinşə bu ölkənin Milli günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri siyasi, iqtisadi, humanitar və digər sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açmışdır.
İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.”