YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konqresmen ABŞ Prezidentinə məktubunda Azərbaycana dəstək verməyə çağırıb

ABŞ konqresmeni Robert Aderholt Prezident Barak Obamaya məktubla müraciət edərək Birləşmiş Ştatları Azərbaycana dəstək verməyə çağırıb.
R.Aderholt məktubunda Azərbaycanın ABŞ-ın mühüm müttəfiqi olduğunu bildirib, ölkəmizin strateji mövqeyini, Əfqanıstandakı antiterror əməliyyatlarına dəstəyini, Avropanın və İsrailin enerji təhlükəsizliyinə töhfəsini qeyd edib. O, Bakı-Tbilisi-Ceyhan boru kəməri və “Cənub” qaz dəhlizinin əhəmiyyətini xüsusi vurğulayıb.
Konqresmen Azərbaycanın və ABŞ-ın Xəzər dənizi regionunda uzunmüddətli maraq və çağırışları paylaşdığını qeyd edib və bu əhəmiyyətli dövrdə Birləşmiş Ştatların öz müttəfiq və tərəfdaşları ilə münasibətlər saxlamasının önəmini vurğulayıb. R.Aderholt Prezident Barak Obamanı və dövlət katibi Con Kerrini Azərbaycana səfir təyin olunması prosesini sürətləndirməyə və yüksək səviyyəli administrasiya rəsmisini Azərbaycana səfərə göndərməyə çağırıb.