YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İltimas Məmmədov: Yaxın vaxtlarda mobil rabitənin keyfiyyətinin yoxlanılması üçün geniş monitorinqlər keçiriləcək

«Artıq mobil rabitənin keyfiyyətinin yoxlanılması üçün testlərin keçirilir». Bu barədə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, yaxın vaxtlarda mobil rabitənin keyfiyyətinin yoxlanılması üçün geniş monitorinqlər keçiriləcək. Onun sözlərinə görə, hazırda sadəcə testlər keçirilir.

«Tam olaraq mobil rabitənin keyfiyyətinin yoxlanılması üçün monitorinqlərin keçirildikdən sonra problemlərin həlli istiqamətlərində addımlar atılacaq. Bu işlə məşğul olan Amerika şirkəti ilə iş birliyinə başlanılıb, danışıqlar gedir. Danışıqlardan sonra məlum olacaq ki, həmin şirkətlə müqavilə bağlansın və gələcəkdə də araşdırmalar onlar tərəfindən davam etdirilsin və ya texniki vasitələri alıb zərurət yarandıqda ölkəmizdə prosesi özümüz həyata keçirək»- deyə, nazir müavini vurğulayıb.