YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın fəaliyyətində gənclər mühüm rol oynayırlar

Noyabrın 17-də Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında partiyanın yaranmasının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov partiyanın keçdiyi inkişaf yolundan danışaraq bildirib ki, YAP-ın yaranması Azərbaycanın ən çətin siyasi dönəminə təsadüf edib. O vaxt ölkənin ən mütərəqqi ideyalara malik olan ziyalıları ulu öndər Heydər Əliyevə müraciət edərək onu Bakıya dəvət etdilər. Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışı xalqımızın uğurlu gələcəyinin başlanğıcını qoydu.
YAP Yasamal rayon təşkilatının sədr müavini Rasim Nəbiyev partiyanın yaradılmasının Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik hadisə olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə hər gün yeni nailiyyətlərə doğru addım atır.
YAP Yasamal rayon Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev partiyanın fəaliyyətində gənclərin də mühüm rol oynadıqlarını söyləyib, bunun ölkə gəncliyinin gələcək inkişafı baxımından vacib olduğunu bildirib.
Sonda fəal gənclərə YAP Gənclər Birliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.