YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nizami rayon təşkilatı humanitar aksiya keçirib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Gənclər Birliyinin üzvləri 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə rayon ərazisində yaşayan ahıl və tənhalara sovqat paylayıblar.

Aksiya çərçivəsində gənclər və partiya fəalları müvafiq kateqoriyadan olan insanlarla görüşüb, onların vəziyyəti ilə maraqlanıblar.

Gənclər, eyni zamanda, tənha yaşayanların ev işlərində də köməklik ediblər, təmizlik işləri görüblər.

Eyni zamanda, vurğulanıb ki, öz fəaliyyətində daim sosial istiqaməti prioritet elan edən YAP sosial-iqtisadi inkişafla bağlı davamlı olaraq müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahılların və tənhaların daim diqqətdə saxlanılması, onların qarşılaşdıqları problemlərin həllidir.

Ziyarət olunan şəxslər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, qeyd ediblər ki,  həyata keçirilən bu cür aksiyalar onların sosial rifahlarının yüksəldilməsinə töhfə verməklə yanaşı, xoş əhval-ruhiyyə yaradır.