YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Xəzər rayonunda Beynəlxalq Ahıllar Günü qeyd edildi

BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi «Ahılların müdafiəsi ilə bağlı Qətnamə””»”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.

YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin fəalları    Ahıllar Günü münasibətilə rayon ərazisdə yaşayan ahıllarla görüş görüş keçiriblər.

Görüşdə YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin sədri Sadiq Əliyev bildirdi ki, Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. Sadiq Əliyev vurğuladı ki, Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara, 2006-cı il 17 aprel tarixli sərəncamla təsdiqlənmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na, habelə bir sıra dövlət proqramlarına uyğun olaraq, ötən müddətdə ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülüb.

Çıxış edən ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artığını bildirib, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər. Görüşlərin sonunda ahıllarla birgə xatirə fotosu çəkdirilib.