YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın döyüş helikopterinin vurulmasının animasiya modelini təqdim edib

Noyabrın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş dəstəyi verən “Mi-24” döyüş helikopteri cütlüyü heyətlərinin uçuşları və yerinə yetirdiyi tapşırıqların təhlili ilkin nəticəni bir daha təsdiq edir.
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ərazidə aparılan son müşahidələrə əsasən əməliyyat-kəşfiyyat məlumatları və hərbi aviasiya mütəxəssislərinin rəylərinə istinadən hadisələrin hazırlanmış animasiya modelindən uçuş heyətinin helikopterin döyüş təyinatına uyğun olaraq cəbhənin ön xəttində yerləşən mövqelərimizə atəş zərbələri endirmək tapşırığını icra etdiyi aydın görünür.
Qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirdikdən, yəni mövqelərimizə atəş açdıqdan sonra, düşmən helikopterləri döyüş təlimatlarının tələblərinə tam əməl etməklə bir-birini manevrlərlə qoruyaraq atəş zonasını tərk edirdilər.
Erməni tərəfinin hadisə ilə bağlı məlumatları manipulyasiya etməsini, işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulmasını, bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşların ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndirilməsini nəzərə alaraq bildiririk ki, mövqelərimizə atəş açan düşmən hərbi helikopteri cavab atəşilə məhv edilib.

 

DİGƏR Xəbərlər Arxiv