YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Ağstafa rayon təşkilatı 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə sosial aksiya keçirib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə rayon ərazisində yaşayan ahıllar üçün sosial aksiya keçirib.

YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar bütün sahələrin inkişafına, həmçinin kimsəsiz və qayğıya ehtiyacı olan insanların da rifah halının yaxşılaşdırılmasına yönəlib. Son illərdə aparılan islahatların mühüm istiqamətlərindən biri də ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə və layiqli həyat şəraitinin təmin edilməsinə hədəflənib.
O həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da sosial cəhətdən həssas olan əhaliyə qayğısından, həmçinin Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə görülən çox böyük və misilsiz işlərdən bəhs edib.
YAP Ağstafa rayon təşkilatının üzvləri aksiya çərçivəsində rayonda yaşayan ahıl, kimsəsiz və qayğıya ehtiyacı olan insanlara maddi dəstək göstəriblər, onların vəziyyəti ilə maraqlanıblar.
Qeyd edək ki, öz növbəsində ahıllar onlara göstərilən bu diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər.

DİGƏR Partiya xəbərləri Arxiv