YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İsmayıllı rayon təşkilatı Beynəlxalq Ahıllar Günü münasibəti ilə aksiya keçirib

Yeni Azərbaycan Partiyası  İsmayıllı rayon təşkilatı 1 Oktyabr Beynəlxalq Ahıllar Günü münasibəti ilə aksiya keçirib.

Aksiya çərçivəsində  rayon ərazisində yaşayan bir qrup ahıl sakin ziyarət edilib. Aksiyada iştirak edən Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova və YAP rayon təşkilatının şura üzvləri və fəallar ahılların gündəlik qayğıları və problemləri ilə maraqlanıblar.

Ahıllar onlarla təşkil edilən bu görüşün əhəmiyyətindən danışaraq belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını diqqətə çatdırıblar. İşlədikləri illərlə bağlı öz xatirələrini bölüşən ahıllar Vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildiriblər.

Səmimi söhbət zamanı vurğulanıb ki, öz fəaliyyətində daim sosial istiqamətləri prioritet elan edən YAP sosial-iqtisadi inkişafla bağlı davamlı olaraq müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahılların və tənhaların daim diqqətdə saxlanılması, onların qarşılaşdıqları problemlərin həllidir. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Cənab Prezident İlham Əliyev tərəfindən ahıllara diqqət, qayğı və sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə çoxlu sayda Sərəncamlar imzalanıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Onun təşəbbüsü ilə ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir. Onların sağlamlığı diqqətdə saxlanılır. Ziyarət olunan şəxslər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, həyata keçirilən bu cür aksiyalar onların sosial rifahlarının yüksəldilməsinə töhfə verməklə yanaşı, xoş əhval-ruhiyyə yaradır.

Qeyd edək ki, ziyarət edilən hər bir ahıla Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı tərəfindən hazırlanmış ərzaq bağlamaları təqdim edilib.