YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Laçın rayon təşkilatı Beynəlxalq Ahıllar Günü ilə əlaqədar tədbir keçirib

Ahıllar hər zaman 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü ilə əlaqədar YAP Laçın rayon təşkilatının təşkilatçılığı ilə Bərdə rayonu ərazisində müvəqqəti məskunlaşmış bir sıra ahılyaşlı sakinlər ziyarət edilib.

Ziyarətdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini Məhəmməd Şahbazov, YAP Laçın rayon təşkilatının sədr müavini Xaliq Musayev iştirak ediblər.
Ziyarət olunan ahıllardan Sosialist Əməyi Qəhrəmanı Şərqiyə Vəliyevanın evində təşkil edilən çay süfrəsi ətrafında ilk öncə ahıllar bu əlamətdar gün münasibəti ilə rayon rəhbərliyi adından təbrik edilmiş, onların həyat təcrübəsinə müasir gəncliyin daim ehtiyacı olduğu qeyd olunmaqla keçdikləri şərəfli ömür yolunun və zəhmətsevərliklərinin hər kəs üçün nümunə olduğu bildirilmiş, onlara rayon rəhbərliyinin bayram sovqatı çatdırılmışdır.
Səmimi keçən görüşdə ziyarət olunan Şərqiyə Vəliyeva və Laçın Rayon Ağsaqqallar Şurasının sədri Ağayar İsmayılov ahıllar adından onlarla təşkil edilən bu görüşün əhəmiyyətindən danışmış və belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını diqqətə çatdırmışlar. Onlar işlədikləri illərlə bağlı öz xatirələrini bölüşmüş, vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildirmişlər.
Ahıllar yaşlarının ixtiyar çağında onlara dövlət qayğısının ilbəil artdığından razı qaldıqlarını bildirərək, göstərilən hərtərəfli diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etmişdilər.