YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Rəbbi: İran və Azərbaycan “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin formalaşmasında aparıcı rola malikdir

İran Azərbaycan Respublikası ilə yaxın əməkdaşlıq əlaqələrinə malikdir. Hər iki ölkə arasındakı münasibətlər səmimi xarakter daşıyır və məhz bu səmimiyyətin nəticəsidir ki, birgə iqtisadi layihələr həyata keçirilir.

Bu sözləri İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi deyib.

Hökumət rəsmisi bildirib ki, İran ilə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında aparıcı rola malikdir. Bu layihə çərçivəsində çəkilən dəmir yolu təkcə İran ilə Azərbaycanı deyil, eləcə də Cənub-Şərqi Asiya ölkələri ilə Avropanı birləşdirəcək.

Əli Rəbbi vurğulayıb ki, heç bir qüvvə iki yaxın dost və qardaş ölkə arasında nifaq sala bilməz.