YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycanla Rusiya tarixi əlaqələrə malikdir

“Azərbaycan Prezidenti İlham Əliyevin “ Valday” Beynəlxalq Diskusiya Klubunun plenar sessiyasında çıxışı zamanı Azərbaycanla Rusiya Federasiyası arasında iqtisadi və mədəni əlaqələrin inkişafının artım templə getdiyini vurğuladı. Rusiya Federasiyası ilə ölkəmiz arasında böyük sərhədə malik olmaqla strateji əməkdaşlıq etdiyimiz ən böyük ölkələrdən biridir”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Azərbaycan Rusiya ilə tarixi əməkdaşlıq etdiyi ölkələrdən biridir. Onun sözlərinə görə, tarixən yaranan əməkdaşlıq iqtisadi siyasi mədəni əlaqələrimizi daha da inkişaf etdirərək iki ölkə arasında münasibətlər daha da möhkəmlənir.

“İki ölkə arasındakı qarşılıqlı münasibətlər bu ölkələrin bir birinə sərmayə qoyuluşuna imkan yaradır. İqtisadi münasibətlər elə səviyyədə inkişaf edib ki, Rusiyanın böyük şirkətləri Azərbaycana 4 milyard dollardan artıq investisiya qoymuşlar. Bu sahələr əsasən kənd təsərrüfatı, turizm, energetika sahələrinin inkişafına daha çox istiqamətləndirmişdir. Ölkəmiz ən çox istehlak mallarını Rusiyada idxal edirdi. Bu gün isə Azərbaycan özü ixrac edən  ölkəyə çevrilmişdir. Avroasiya nəqliyyat dəhlizinin işini sürətləndirmək məqsədilə Azərbaycan Rusiya sərhədindəki Samux körpüsü yenidən qurulur və nəticədə iqtisadiyyatın inkişafına böyük təkan verəcəkdir. Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olması iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Ölkə Prezidentinin “ Valday” klubundakı nitqi istər tədbirdə iştirak edən ölkə nümayəndələrinin, istərsə də dünya ölkələrinin diqqətini cəlb etməklə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımların nöqtəsini qoydu”-deyə, deputat qeyd edib.