YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ölkəmiz beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək

“Prezident İlham Əliyevin Soçiyə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana mesajı xalqımızın tam, açıq fikirlərinin ifadəsidir. Bu mənada Ermənistan anlamalıdır ki, Azərbaycan heç zaman işğalla barışmayacaq. Ölkəmiz beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək”. Bu fikirləri  Milli Məclisin deputatı Asim Mollazadə deyib.

A.Mollazadə  bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlardan  və dünya birliyindən ilk növbədə hüququn aliliyinə dəstək gözləyir. Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi ilə bağlı tənqidini haqlı hesab edən deputatın sözlərinə görə, ölkəmiz bu istiqamətdə öz mövqeyində hər zaman beynəlxalq hüquq normalarına arxalanır.

“Hesab edirəm ki, bu proses bundan sonra da davam edəcək və Azərbaycan bundan sonra atılan addımların da hər birinin beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməsinə çalışacaq”-deyə, o söyləyib.

DİGƏR Xəbərlər Arxiv