YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsib Məhəməliyev: Ölkəmizdə inşa olunan yollar keyfiyyət baxımından dünyada ön sıralardadır

“Yol həm mədəniyyət, həm də iqtisadiyyatdır, insanların mənzil başına vaxtında və rahat çatması üçün ən yaxşı vasitədir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, Azərbaycan keyfiyyətli yol təsərrüfatının inkişafına görə dünyada, 200 ölkə arasında, 35- ci yerə layiq görülmüşdür. Bu göstərici isə, müstəqillik tarixi çox da böyük olmayan ölkələr üçün mühüm bir nailiyyətdir”. Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev bildirib ki, respublika Prezidenti İlham Əliyevin təşəbbüsü və gündəlik nəzarəti nəticəsində, ötən 15 ildə 15 000 km-dən çox yeni yollar tikilmişdir. Ən ucqar rayonlarda belə kəndarası yollar asfaltlanır.

“Əhali isə görülən işlərə,rahatlığa görə respublika rəhbərliyinə təşəkkürlərini bildirirlər. Yollarımız  təhlükəsizlik baxımından da ən müasir standartlara cavab verir. Yolların kənarlarında isə yaşıllıqlar salınır ki, bud a çox yaxşı haldır. Nəzərə alsaq ki, günü gündən ölkəmizə gələn xarici turistlərin sayı artır və xalqın inkişafını, mədəniyyətini səciyyələndirən amillərdən biri də ölkənin magistral yolları və yol kənarı tikintilərin estetik görünüşü, servisin səviyyəsidir. Hesab edirəm ki, hər bir vətəndaşımız, yaşından, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, yaşadığı, çalışdığı yerin yaşıllaşdırılmasına, gözəlləşdirilməsinə çalışmalıdır. Belə olan halda ölkəmizə gələn turistlərin sayı artacaq, sosial vəziyyətin yaxşılaşmasına və gənc nəslin estetik zövqünün formalaşmasına əhəmiyyətli töhvə olacaq”-deyə, deputat qeyd edib.