YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici İşlər Nazirliyində keçirilən görüşdə Azərbaycan-ABŞ əməkdaşlığına dair müzakirələr aparılıb

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Nadir Hüseynov ölkəmizdə işgüzar səfərdə olan Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamentinin İmmiqrasiya və Gömrük Xidmətinin direktor müavini xanım Marlen Pineironun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə, həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger və Azərbaycan Xarici İşlər Nazirliyinin Konsuluq idarəsinin rəisi səfir Faiq Bağırov iştirak ediblər.

Görüş zamanı iki ölkə arasında mövcud siyasi, humanitar və digər sahələrdə münasibətlərin hazırkı vəziyyəti haqqında fikir mübadiləsi aparılıb. Qanuni miqrasiya və qanunsuz miqrasiyaya qarşı mübarizə sahələrində qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nazir müavini Nadir Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qarşı tərəfə məlumat verib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

DİGƏR Xəbərlər Arxiv