YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Bu günə qədər 300 min nəfərdən çox məcburi köçkün mənzillə təmin olunub

“Bu ilin sonuna qədər 3700-dən çox ailəyə mənzil veriləcək. Bununla yanaşı yaxın günlərdə Şirvan şəhərində 685 ailəyə mənzil veriləcək, Beyləqanda 146 fərdi ev tikilir. Göyçayda, Göygöldə və Kürdəmirdə qəsəbə istifadəyə veriləcək”. Bu barədə  Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu gün YAP İcra Katibliyində keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, mənzilərin paylanması üçün komissiya fəaliyyət göstərir. Komitə sədri qeyd edib ki, evlər ilkin olaraq ağır şəraitdə yaşayan məcburi köçkünlərə verilir. O bildirib ki, bununla bağlı ölkə başçısının tapşırığına əsasən işlər görülür: “Komitədə bununla bağlı komissiya yaradılıb. Biz köçürülmə zamanı daha çox yataqxanalarda, pansionatlarda, məktəblərdə, bağçalarda, zirzəmilərdə qalanlara üstünlük veririk. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, zirzəmilərdə yaşayan 300-ə yaxın ailə mənzillərlə təmin olunub. Amma çox təəssüf ki, yenə də bu kateqoriyadan olan ailələr var. 24 min ailə ağır şəraitdə yaşayırlar. Yeni mənzillərin və qəsəbələrin tikilməsinə görə, torpaqların ayrılması üçün müarciətlər olunub”.

Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, bütövlükdə bu günə qədər 300 min nəfərdən çox məcburi köçkün mənzillə təmin olunub.