YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin mədəniyyət və turizm naziri Azərbaycana gəlir

2014-cü il noyabrın 22-dən 27-dək Azərbaycanda Türkiyənin mədəniyyət günləri keçiriləcək.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, ilk dəfə olaraq keçiriləcək mədəniyyət günləri ilə əlaqədar Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çeliyin rəhbərliyi altında qardaş ölkənin tanınmış incəsənət ustaları Azərbaycana səfər edəcəklər. /Trend/

Tədbir çərçivəsində 23 noyabr tarixində Heydər Əliyev Mərkəzində "Mədəniyyət günlərinin rəsmi açılışı, Dövlət Xalq Rəqsləri Topluluğu İstanbul Tarixi Türk Musiqisi Topluluğu" konserti, 24-27 noyabr tarixində Muzey Mərkəzində "Əl sənətləri" (gümüş, bakır, çinicilik, naxış, ebru, şüşə üfləmə) və "Qadın Başlığı", "Türkiyədən Rənglər" foto-sərgiləri, 25 noyabr tarixində Dövlət Mahnı Teatrında "Xalq ozanlarının deyişməsi", noyabr ayının 25-də və 26-da Nizami Kino Mərkəzində "Aşk Tesadüfleri Sever" və "Yozgat Bules" filmlərinin nümayişi, noyabr ayının 26-da və 27-də isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının "Nereye" və "Meraklısı için Öyle Bir Hikaye" tamaşalarına baxış keçiriləcək.