YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Yeni Azərbaycan Partiyasının gücü Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir

«Ötən zaman ərzində vətəndaşların yüksək etimadını qazanan Yeni Azərbaycan Partiyası hazırda xalqın mütləq əksəriyyətinin dəstəyi ilə fəaliyyət göstərir. Partiyanın gücü yalnız onun sıralarında olan insanların sayı ilə ölçülmür. Yeni Azərbaycan Partiyasının gücü bu gün Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

B.Muradova bildirib ki, xalqımızın mütləq əksəriyyəti YAP-ın avanqard rolunu, onun təkamül yolu ilə ölkəmizi uğurdan-uğura apardığını qəbul edir, bundan qürur duyaraq hər zaman ona dəstək verir. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri Yeni Azərbaycan Partiyasının sıralarında fəaliyyət göstərirlər.

«Partiyamızın nümayəndələri Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın inkişaf yoluna sədaqət nümayiş etdirərək milli maraqlar ətrafında sıx birləşiblər. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Bələdiyyə, parlament və prezident seçkilərinin nəticələri, bütövlükdə, YAP-ın üstün nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərdəndir. Bu məqamda vurğulamaq istəyirəm ki, YAP seçkidən seçkiyə yeni texnologiyalar və mexanizmlərlə gedir, dünyanın qabaqcıl seçki təcrübəsini Azərbaycana gətirməklə ölkəmizin öz təcrübəsini dünyaya təqdim edir»- deyə, B.Muradova vurğulayıb.