YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Namiq Əhmədov: Yeni Azərbaycan Partiyası 22 il ərzində uğurla fəaliyyət göstərib

«Yeni Azərbaycan Partiyası 22 il ərzində uğurla fəaliyyət göstərib. YAP öz fəaliyyətilə ümumxalq partiysı olduğunu təsdiq edib». Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib.

N.Əhmədov bildirib ki, ötən müddət ərzində partiyamız Azərbaycanın inkişafı naminə çalışıb. Onun sözlərinə görə, YAP Azərbaycanın çətin bir dövründə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb.

«Ulu öndərimiz partiya yarandıqdan qısa müddət sonra Azərbaycanda hakimiyyətə qayıtdı. Bununla da, partiyamız da Azərbaycanın inkişafında özünəməxsus rol oynamağa başladı. Bu gün partiyamız, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır»- deyə, N.Əhmədov qeyd edib.