YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Partiyamızın ən böyük üstünlüyü ondan ibarətdir ki, o, Heydər Əliyev ideyalarına söykənib

«22 il əvvəl Yeni Azərbaycan Partiyası yaranmaqla ölkəmizdə  yeni siyasi  sistem və siyasi münasibətləri özündə ehtiva etdi. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirdi. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq etdi». Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, partiyanın İdarə Heyətinin üzvü Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, YAP-ın söykəndiyi prinsiplər faktiki olaraq Azərbaycanın ideoloji prinsipləri səviyyəsində hamı tərəfindən qəbul edilib. Onun sözlərinə görə, YAP yeniləşən Azərbaycanın partiyasıdır. M.Qurbanlının fikrincə, partiyanın yarandığı vaxtdan indiyə qədər keçdiyi yol bir daha göstərir ki, YAP alternativi olmayan, cəmiyyətə düzgün yol göstərən partiyadır.

«Partiyamızın ən böyük üstünlüyü ondan ibarətdir ki, o, Heydər Əliyev ideyalarına söykənib. Həmçinin, Azərbaycanın intellektual səviyyəli, ən qabaqcıl insanları partiyamızda cəmləşib. YAP-ın bütün bölgələrimizdə yerli strukturları fəaliyyət göstərir. Bu partiya dialoq üçün cəmiyyətə daim açıq olan partiyadır. Eyni zamanda, YAP daxili demokratiyaya sahib olan partiyadır. Partiyamız həm də,  nəsilləri özündə birləşdirir, onların vəhdətini təşkil edir. Ona görə də, YAP Ulu öndər Heydər Əliyevin dediyi kimi dünən, bu günün və gələcəyin partiyasıdır. YAP-ın yarandığı günü qeyd edərkən biz Ulu öndər Heydər Əliyevi bir daha xatırlayaraq Onun ruhu qarşısında baş əyirik və partiyanı daim yüksəklərə qaldırmaqla öz borcumuzu yerinə yetirmiş oluruq»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv