YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycanla bağlı məsələlərdə dəfələrlə ATƏT-in qeyri-obyektivliyinin şahidi olmuşuq

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ATƏT ilə səmimi əməkdaşlığa çalışıb. Lakin biz dəfələrlə, istər seçkilər dövründə, istərsə də digər vaxtlarda Azərbaycanla bağlı məsələlərdə ATƏT-in qeyri-obyektivliyinin, bu qurumun ölkəmizin daxili işlərinə qarışmasının şahidi olmuşuq.
Bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Novruzov deyib ki, bu qanun layihəsini təsdiqləyək, ancaq, eyni zamanda, ATƏT-dən mandatdan kənara çıxmamasını da xahiş edək. Təşkilat ABŞ-da, Avropanın hər hansı bir ölkəsində necə mandat çərçivəsində fəaliyyət göstərirsə Azərbaycanda da belə olsun. Azərbaycan öz idarəetmə mexanizmini müəyyənləşdirib, dövlət strukturlarını formalaşdırıb. Xalqın seçimi, dəyərləri daha üstündür. Ümid edirik ki, ATƏT gələcək fəaliyyətlərində qeyd etdiyimiz məsələləri nəzərə alacaq. 
S.Novruzov ATƏT-in Minsk qrupunun həmsədrlərinin vurulmuş Ermənistan helikopterinin qalıqlarının düşdüyü yeri neytral ərazi hesab etməsini də qərəzli münasibət adlandırıb, məsələlərə yanaşma tərzlərində dəyişiklik olmasının vacibliyini vurğulayıb.