YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib

Bu gün  Yeni Azərbaycan Partiyasının  Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib.

Qonaqları salamlayan 3 saylı Uşaq Evinin direktoru Məhbubə Hüseynova müstəqillik tariximizin uğurlarından bəhs edərək bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf yolu bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə yaradılan inkişafı, tərəqqini hər bir Azərbaycan vətəndaşı, o cümlədən 3 saylı Uşaq Evinin sakinləri öz həyat səviyyələrində yaxından hiss edirlər.

Müəssisə haqqında məlumat verən M.Hüseynova qeyd etdi ki, uşaq evinin sakinləri 3-18 yaş arasındadır. Onlar dövlətimizin dəstəyi ilə hərtərəfli əhatə olunub, təhsilləri daim diqqət mərkəzindədir. 18 yaşdan sonra müstəqil həyata qədəm qoyan uşaqların hər bir qayğısı yüksək səviyyədə təmin olunur.

YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva öncə tədbir iştirakçılarını 18 Oktyabr Dövlət  Müstəqilliyi Günü münasibətilə təbrik edib, Azərbaycanın bugünkü uğurlarından, dövlətimizin siyasətində uşaqlara diqqət və qayğının əsas yer tutmasından geniş bəhs edib. O, 3 saylı Uşaq Evinin sakinlərinə tövsiyə edib ki, təhsilə diqqət yetirsinlər, gələcəkdə ali təhsil müəssisələrinə daxil olub, elmin dərinliklərinə yiyələnsinlər, ölkəmiz üçün layiqli vətəndaş kimi yetişsinlər.

Dövlətimizin uşaq evlərinə diqqət və qayğısından geniş bəhs edən N.Əliyeva bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd edərək bildirib ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edərkən uşalara qayğını, təhsilə, səhiyyəyə diqqəti xüsusi qeyd etməliyik. Heydər Əliyev Fondunun uşaq evləri və internat məktəblərinin inkişafı layihələrinə uyğun olaraq həyata keçirilən yenidənqurma və bərpa işləri təqdirəlayiqdir. «Hər bir uşağın ailəyə ehtiyacı var» layihəsinə uyğun olaraq uşaqların ailələrə verilməsi kimi önəmli kampaniyaların həlli istiqamətində mühüm addımlar həyata keçirilir. Atılan bu kimi addımların, gerçəkləşdirilən layihələrin əsasında bir amal dayanır: Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı, övladlar yetişdirilsin.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə çıxışında bildirib ki, bayram günündə 3 saylı Uşaq Evində olmağımız səbəbsiz deyil. Burada yaşayan sakinlər bilməlidirlər ki, biz həmişə onlarla birlikdəyik. Çünki uşaqlar bizim gələcəyimizdir, onların sağlam, təhsilli yetişmələri üçün hər birimiz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik.

H.Hüseynova deyib ki, bu gün Azərbaycan hərtərəfli inkişaf edir, bütün sahələrdə uğurlar əldə olunur. Dövlətimiz uğurlu sosial siyasət həyata keçirir ki, bu siyasət nəticəsində uşaqlar dövlət qayğısı ilə əhatə olunublar.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova çıxışında dövlətin sosial siyasətinin əsasında uşaqlara diqqət və qayığının xüsusi yer tuduğunu bildirib. O həmçinin qeyd edib ki, uşaq hüquqlarının qorunması ilə ölkəmizdə mükəmməl qanunvericik bazası mövcuddur.

Sonra tədbir bədii proqramla davam edib.