YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncamlar imzalayıb

Noyabrın 20-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədliyyə orqanlarında səmərəli fəaliyyətlərinə və qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişafında fəal iştiraklarına görə Ədliyyə Nazirliyinin bir qrup əməkdaşının ali xüsusi rütbələr, yüksək fəxri adlar, orden və medallarla təltif olunması barədə sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, iki nəfər III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbələri, bir nəfər “Əməkdar hüquqşünas”, bir nəfər isə “Əməkdar həkim” fəxri adları ilə təltif edilib.
Dövlətimizin başçısının digər Sərəncamı ilə bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər “Tərəqqi”, yeddi nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.