YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü, mütəşəkkil siyasi təşkilatıdır

«Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü, mütəşəkkil siyasi təşkilatıdır». Bu fikri yap.org.az saytına YAP Siyasi Şurasının üzvu, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına yönəlik fəaliyyət göstərir. Onun sözlərinə görə, xalqa xidmət partiyamızın başlıca amalıdır.

«Məhz bu səbəbdən də YAP daim uğurlar qazanır. Çünki xalqa, dövlətə  xidmətdən yüksək heç nə ola bilməz. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.