YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: Partiyamız xalqımızla daim bir olacaq

«Yeni Azərbaycan Partiyası  gələcəyin və Azərbaycan xalqının tale partiyası kimi yaradılıb. Partiyanın tarix səhnəsinə gəlməsi ictimai ehtiyacların obyektiv tələbatından yarandı”. Bu fikirləri YAP Qadınlar Şurasının sədri, partiyanın  İdarə Heyətinin üzvü Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə təşəkkül tapan bu böyük siyasi təşkilat qısa müddətdə Azərbaycan dövlətinin siyasi, iqtisadi və sosial simasını dəyişərək ona yeni və ən müasir inkişaf tendensiyası gətirdi.  Onun sözlərinə görə,  Ulu öndərin azərbaycançılıq ideologiyası,  milli təfəkkürün formalaşması, demokratiya prinsiplərinə sadiqlik, siyasətdə liberalizm YAP-ın   əsas fəaliyyət istiqamətlərindəndir.

“YAP yaradığı ilk gündən mürəkkəb ictimai siyasi prosesləri dəqiq qiymətləndirən, onlara elmi və dəqiq münasibət bildirən, siyasi hadisələri elmi –siyasi proqnozlarla dəyərləndirən bir siyasi təşkilat kimi fəaliyyətə başladı.  Xüsusən bu aparıcı siyasi qüvvənin yaranması ilə demokratiya, azadlıq, müstəqillik kimi çox önəmli amillər ölkəmizdə öz təcəssümünü tapdı. Onun timsalında xalqımız siyasi mübarizənin sivil, demokratik yollarını və vəzifələrini  aydın şəkildə müəyyənləşdirmək imkanı qazandı. Məhz YAP müstəqillik cığırını getdikcə genişləndirən və onu daimi edən, xalqa  düzgün yol göstərən milyonların partiyadır. Ona görə də partiyamız xalqımızla daim bir olacaq. Onun etimadını davamlı olaraq qazanmaqda davam edəcək””- deyə, N.Əliyeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv