YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasda deputatlar əvvəlcə Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi, Hesablama Palatasının auditorun təyin edilməsi və "Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi məsələsini müzakirə edəcəklər.

Daha sonra "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Əmək pensiyaları haqqında", "Lisenziyalar və icazələr haqqında" , "Dövlət rüsumu haqqında" qanunlara, o cümlədən Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Ailə Məcəlləsinə dəyişiklikər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 23 məsələ daxildir.