YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda konfrans keçiriləcək

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə oktyabrın 23-də Bakıda “XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda konfrans keçiriləcək.

Komitədən bildiriblər ki, konfransda rəsmi şəxslərin, dini icma sədrlərinin, din xadimlərinin, gənclərin, dinşünas alimlərin, mütəxəssislərin və ilahiyyatçıların iştirakı nəzərdə tutulub.

Tədbirdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr, eləcə də dinin cəmiyyət həyatında, onun mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu barədə müzakirələr aparılacaq.