YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Yeni Azərbaycan Partiyası yarandığı gündən uğurlara imza atan siyasi təşkilatdır

«Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarına əsaslanır, Heydər Əliyev şəxsiyyətində əks olunan mənəvi gücü cəmiyyətimizə transfer edir. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından cəmiyyətin gözləntisi ötən dövr ərzində özünü doğruldub. Yeni Azərbaycan Partiyasının əsas məqsədi Heydər Əliyev ideyalarını yaşatmaq, bu ideyalar əsasında Azərbaycan cəmiyyətini kökləyərək inkişafın əsas istiqamətlərini müəyyənləşdirməkdən ibarət olub». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, partiya yarandığı gündən uğurlara imza atan siyasi təşkilatdır. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasını daima nailiyyətlər müşaiyət edib. YAP-ın uğurları isə, eyni zamanda Azərbaycan xalqının uğurları kimi qiymətləndirilməkdədir.

«YAP taleyinə uğurlar yazılmış bir siyasi təşkilatdır. Bu, yalnız Yeni Azərbayan Partiyasının deyil, eyni zamanda müasir Azərbaycanın taleyidir. Bu uğurlar sadəcə bir təşkilatın əldə etdiyi uğurlar deyil, eyni zamanda Azərbaycan xalqının, dövlətinin əldə etdiyi uğurlardır. YAP-ın əldə etdiyi nailiyyətlər ölkəmizin inkişafında və uğurlarında öz əksini tapan və bütövlükdə ötən dövr ərzində Azərbaycanın 22 il bundan əvvəlki təlatümlü, eləcə də hər bir Azərbaycan vətəndaşını narahat edən vəziyyətdən bu gün sürətlə inkişaf edən qüdrətli Azərbaycana gətirməkdən ibarət olan inkişaf mərhələsi idi.  

YAP Səddrinin müavini qeyd edib  ki, bu gün Prezidentimizin, partiyamızın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət xalqımıza və dövlətimizə böyük uğurlar qazandırır. «Bu siyasət ötən illər  ərzində hər bir Azərbaycan vətəndaşına uğur, əmin-amanlıq, sevinc bəxş edən bir siyasətdir. Bu inkişafa və tərəqqiyə Yeni Azərbaycan Partiyasının 630 mindən artıq üzvünün hər biri öz töhfəsini verməkdədir»- deyə, Əli Əhmədov qeyd edib ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında birgə addımlamağı əsas hədəf kimi qarşıya qoyub.

«Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bu vəzifələri də yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. YAP bundan sonra da ölkənin qüdrətinin artması, iqtisadiyyatının yüksəlməsi, insanların rifah halının yaxşılaşması kimi şərəfli bir vəzifəni öz çiyinləri üzərində daşımaq iqtidarında olduğunu bəyan edir. Bunları həyata keçirmək üçün ciddi əsaslar var»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov partiyamızın sıralarında gənclərin də böyük üstünlük təşkil etməsini perspektiv baxımından mühüm amil kimi dəyərləndirib: «Həqiqətən, YAP-ın sıralarında təkcə say etibarilə çoxlu gənclər birləşməyib, eyni zamanda, kifayət qədər yüksək intellekt sahibi olan, vətənpərvərliyi ilə seçilən, yüksək biliklər mənimsəmiş gənclər cəmləşib ki, bugünkü və daha çox gələcək Azərbaycan haqqında daha aydın təsəvvürlərimizin formalaşmasına imkan verir. YAP-ın gəncləri Azərbaycanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirirlər. Bunun ən bariz ifadələrindən biri ötən ilin oktyabr ayında ölkəmizdə keçirilən prezident seçkilərində gənclərin seçki kampaniyasında fəal iştirak etməsidir. Ölkə gənclərinin seçki kampaniyasına qoşulmasında, Prezidentin dəstəklənməsində, səsvermədə fəal iştirak etməsində partiyamızın gənclərinin apardığı təşviqat kampaniyası əhəmiyyətli rol oynayıb. YAP-ın gəncləri sözün həqiqi mənasında özündə böyük siyasi gücü, mənəvi gücü, gənclik enerjisini birləşdirir və bu gün Azərbaycanın gələcəyinə inamla baxmaq üçün çox etibarlı əsaslar yaradır. Qeyd etmək istəyirəm ki, Azərbaycan gəncləri onlara gənclik gününü bəxş etmiş Ulu öndər Heydər Əliyevin ideyalarını heç zaman unutmurlar, əksinə fəaliyyətlərində bütünlüklə bu ideyalara istinad edirlər. Çünki bu ideyalar onların formalaşmasına bilavasitə köməklik göstərib»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv