YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi

Yeni Azərbaycan Partiyası 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi.

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq Bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul etmişdir. İdarə Heyətinin qəbul etdiyi qərarda göstərilir ki, Yeni Azərbaycan Partiyası 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçiriləcək Bələdiyyə seçkilərində ölkəni əhatə edən bütün bələdiyyələr üzrə seçkilərdə iştirak etsin.

Mərkəzi Seçki Komissyasına ünvanlanmış məktubda qeyd olunur ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər vətəndaşların demokratik proseslərdə iştirakı baxımından xüsusi əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün Bələdiyyə seçkilərində fəal iştirak edərək əhəmiyyətli uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bu qərarı əldə olunmuş uğurları daha da genişləndirmək, vətəndaşların Bələdiyyə seçkilərində fəal iştirakını təmin etmək məqsədilə qəbul etmişdir.